Qusarda ev yandı

Hadisə rayon mərkəzindən 15 km aralıda yerləşən Xürəl kəndində baş verib

Qusar rayonunda fərdi evdə yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 15 km aralıda yerləşən Xürəl kəndində baş verib.
Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m (hər mərtəbəsi 80 kv.m) olan 2-mərtəbəli, 4 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 kv.m və 2-ci mərtəbədə aynabəndin yanar konstruksiyaları 14 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31