Zaqatalada müəmmalı qətlin TƏFƏRRÜATI

Milli.Az Kanal S-ə istinadən xəbət verir ki, dünən axşam saatlarında Zaqatala rayonunda müəmmalı qətl hadisəsi baş verib. Naməlum kişi meyitini Mərkəzi rayon Xəstəxanasına gətirənlər özlərini təqdim etmədən həkimlərin suallarından yayınaraq hadisə yerindən uzaqlaşıblar. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Mərhumun üzərində keçirilən ilkin tibbi ekspertiza zamanı onun kürək nahiyəsində kəsilmiş-çapılmış, boyun nahiyəsində isə daxilə işləyən kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.
Rayon polis Şöbəsi və prokurorluğun əməkdaşlarının apardığı ilkin araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin Zaqatala rayonunun Axaxdərə kənd sakini, 43 yaşlı Yusif Şaban oğlu Abdullayev olduğu məlum olub. Araşdırma nəticəsində Yusif Abdullayevin kənd ərazisindəki çayın kənarında, həmkəndlisi, 34 yaşlı İsrafil Ramazan oğlu Qurbanov tərəfindən bıçaqlanaraq öldürüldüyü aşkarlanıb. Zaqatala rayon Prokurorluğundan aldığımız məlumata görə İ.Qurbanov sərxoş haldaykən maşını ilə yoldan keçən həmkəndlisi Y.Abdullayevi saxlayaraq onu maşınla bizə naməlum olan istiqamətdə aparmasını tələb edib, sərxoş olduğuna görə onu maşına mindirmək istəməyən İ.Qurbanovla Y.Abdullayevin arasında münaqişə yaranıb. İsrafil Qurbanov qətlə yetirdiyi Yusif Abdullayevi öz maşınında xəstəxanaya aparmaq istərkən yolda qəza törədib, sonra başqa bir yoldan keçən maşını saxladaraq Y.Abdullayevi Zaqatala MRX-na çatdıraraq heç bir məlumat vemədən oranı tərk edib.

Rayon polis Şöbəsi ilə prokurorluq əməkdaşlarının birgə səyi nəticəsində qətl hadisəsini törədən İsrafil Qurbanov bu gün səhər saatlarında saxlanılaraq istintaqa təhvil verilib. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31