Sovqatın içərisində dərman aşkar edildi

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1965-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Kəmalə Məhərrəm qızı Sadiqovanın yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Aynur Müzəffər qızı Ağayevanın üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasından daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 181.3.1; 181.3.2 və 228.3 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Elçin Lətif oğlu Abdullayevin yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Elxan Rüstəm oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilərkən tortun içərisində 2(iki) bükümdə şəffaf sellofana bükülmüş 55 (əlli beş) ədəd dərman preparatı aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31