Türməyə xurmanını içərisində narkotik keçirmək istədi

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orxan Famil oğlu Vəliyevin yanına qisa müddətli görüşə gəlmiş anası Nigar Qəşəm qızı Vəliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman "Royal Datəs" xurma qutusunda olan 15 (on beş) ədəd xurmanın içərisində gizlədilmiş xalis çəkisi 14,83 qram narkotik maddə "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31