Bakıda 2 fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb
Hər iki hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir
14 Oktyabr 2013 14:59 KriminalMehdiabad qəsəbəsinin ərazisindəki tikintidə işləyən Asəf Ələkbərov hündürlükdən yıxılaraq ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, oxşar hadisə Binəqədi rayonu ərazisində də baş verib. Təmir işləri aparan Zaqatala rayon sakini N.Şabanov 9-cu mərtəbədən yıxılaraq ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31