“Mercedes”də sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılıb
14 Oktyabr 2013 14:50 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda Bakı-Qazax yolunun 133-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1973-cü il təvəllüdlü Saatov Nəriman Ağaveyis oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Saatovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.