Bakıda axtarışda olan iki nəfər tutuldu
Tutulan şəxslər oğurluqda ittiham olunur
14 Oktyabr 2013 13:21 KriminalBakıda axtarışda olan iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Şahnaz Aminova tutulub.
Digər hadisə isə Sabunçu rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Samir Qasımov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31