Elektrik şəbəkəsinin işçisi iş başında ölüb

Tovuz rayonunda elektrik şəbəkəsinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Tovuz rayonu Qandallar kəndinin ərazisində rayon elektrik şəbəkəsinin işçisi Rəhman Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə Rəhman Əliyevin elektrik transformatorunda təmir işləri apararkən baş verib.
Faktla əlaqədar araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31