Azərbaycanda kütləvi dava: ölən var
11 Oktyabr 2013 13:43 KriminalGöygöl rayonunda otlaq üstündə dava düşüb. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib. Polisdən bildiriblər ki, 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini, 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə-beyin travması aldığına görə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31