680 kiloqramdan artiq narkotik vasitə məhv edilib
11 Oktyabr 2013 13:30 KriminalSamux rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat həyata keçiriib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, əməliyyat axtarış tədbirləri nəticəsində Samux rayonunun Yenikənd kəndi ərazisində 2220 ədəd, ümumi çəkisi 680 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar edilmiş çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31