Abşeronda yol qəzası: 1 ölü

Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Binəqədi-Novxanı yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Yardımlı rayon sakini Elmin Abbasovun idarə etdiyi "10-VU-582" dövlət nömrə nişanlı "HYUNDAİ" markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini 1965-ci il təvəllüdlü Şamxal Behbud oğlu Nuriyevi vurub. Ş. Nuriyev xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.



Faktla bağlı araşdırtma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31