Bakı Beynəlxalq Avtovağzalında oğurluq törədilib
11 Oktyabr 2013 12:36 KriminalPolis Bakı Beynəlxalq Avtovağzalında oğurluqda şübhəli bilinən şəxsi tutub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında, "Temsa" markalı avtobusda Astara rayon sakini Şəhriyar Bayramzadəyə məxsus noutbuk oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Məmmədov tutulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31