Xidmətini başa vuran əsgəri maşın vurub öldürdü
11 Oktyabr 2013 11:32 KriminalAzərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.Ordu sıralarından yeni tərxis olunan 20 yaşlı əsgər Elnur İsgəndər oğlu Məmmədrzayev hərbi hissədən çıxıb evə gedərkən onu "Mercedes" markalı maşın vurub. Ağır vəziyyətdə hospitala yerləşdirilən əsgər orada dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.E. Məmmədrzayev Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31