Gəncədə 3 otaqlı ev yandı

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı taxta konstruksiyalardan ibarət ev yanıb. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikilməkdə olan yeni ev və qonşu tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31