Habil Əliyev avtomobil qəzasında öldü
Hadisə Lənkəran şəhərində baş verib
10 Oktyabr 2013 15:56 KriminalÖtən gün saat 21.00 radələrində Lənkəran şəhərində piyadanı maşın vurub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Habil Əliyevi maşın vurub. Ağır kəllə-beyin xəsarətilə xəstəxanaya gətirilən Habil Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı H.Əliyevin Coşqun Ağazadənin idarə etdiyi "VAZ-21063" markalı avtomaşınla vurulması nəticəsində ölməsi müəyyən edilib.
Lənkəran rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31