Qaxda orduya xidmətə çağırılanlar qəzaya düşüblər
10 Oktyabr 2013 12:48 KriminalQaxda çağırışçılar qəzaya düşüblər. Trend Kanal S-ə istinadən xəbər verir ki, Qaxda ağır yol qəzası baş verib. Hadisə Qax-Qarağan yolunun 12-ci kilometrliyində, Qaxın Turaclı kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "34-BC-299" dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə "36-BD-954" dövlət nömrə nişanlı "Ford" markalı avtomobill toqquşub.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Hələlik xəsarət alanların dəqiq sayı bilinmir.
Qeyd edək ki, "Opel" markalı avtomobildə olanlar həqiqi hərbi xidmətə çağırılan şəxslər olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31