Türkiyəli iş adamı beynəlxalq axtarışa verildi

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.nın xəbərinə görə, Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 57 yaşlı Müzəffər Kuşdil dələduzluqda ittiham olunur. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. Müzəffər Kuşdil Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.Onlar dələduzluq və vergidən yayınmada ittiham olunurlar.APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31