Azərbaycanda dəhşət: iki uşaq evdə diri-diri yandı
10 Oktyabr 2013 11:12 Kriminalİmişli rayonunda dəhşətli yanğın olub. Bir ailənin iki övladı diri-diri yanıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə Qaralar kəndində vətəndaşa məxsus, ümumi sahəsi 216 kv.m olan 1-mərtəbəli, 7-otaqlı evdə meydana gəlib.Evin 3 otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanmış otaqların birində ev sahibinin övladları - 14 yaşlı Şəmmədova Aytac Mehman qızının və 10 yaşlı Şəmmədov İsmayıl Mehman oğlunun meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31