Türkiyəyə qaçaqmal yolu ilə mazut keçirən azərbaycanlılar tutuldu

Jandarma Türkiyənin İğdır vilayətində 1 ton 500 litr qaçaqmal yolla əldə edilmiş mazut ələ keçirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı 4 nəfər saxlanılıb.Mazut Naxçıvan nömrəsi olan 3 avtomobilə yüklənibmiş. Saxlanılan 4 nəfərdən Azərbaycan vətəndaşı olan 3 şəxs Türkiyədən deportasiya edilib.Dördüncü şəxs isə sorğu-suala tutulur. Azərbaycan vətəndaşlarının mazut yüklədikləri maşınların Dilucu Gömrük müdirliyinə təslim edildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31