Lerikdə tövlə yandı

Lerik rayonu, Cəngənəvud kəndində  vətəndaşa məxsus tıvlədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumu sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31