Xırdalanda çörək sexi yanıb

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus çörək sexində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 200 kv.m olan çörək (lavaş) sexinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31