Köməksiz vəziyyətdə qalmış qadın xilas edilib
8 Oktyabr 2013 13:17 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a verilən məluymata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə qalxaraq içəri daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən köməksiz vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.