Tovuzda qaraj yandı

Tovuz şəhərində ümumi sahəsi 1000 kv.m olan qarajda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə qarajın dam örtüyünün yanar konstruksiyaları 550 kv.m sahədə yanıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Məlumatda o da bildirilir ki, 1955-ci ildə inşa edilən qaraj  hal-hazırda fəaliyyət göstərmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31