Toydan qayıdan ailə qəzaya düşdü: 2 nəfər öldü, 3 azyaşlı yaralandı VIDEO

Ötən gecə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində dəhşətli yol qəzası baş verib.
APA-nın xəbərinə görə, toy şənliyindən geri qayıdan Çöhranlı kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Gülağa Fərzəliyevin idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.Nəticədə "VAZ-2106"-da olan sərnişinlər Zülfüqar Zeynalov və Zeyvə Umudova dünyasını dəyişib. Sürücü E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2011-ci il təvəllüdlü Sahil və 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
S.Hüseynov və azyaşlı Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31