Gəncədə 14 yaşlı qız itkin düşüb
7 Oktyabr 2013 16:10 KriminalGəncədə 14 yaşlı qız evdən çıxıb bir daha geri qayıtmayıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini 33 yaşlı Aynurə Cəfərova polisə müraciət edərək bildirib ki, qızı 14 yaşlı Rəksanə Cəfərova oktyabrın 3-də xəbərsiz evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31