Bakının mərkəzində “göydələn” alovlandı, sakinlər evakuasiya olundu

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Ərazidəki onaltımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkan qəfəsində elektrik paylayıcısında yanğın başlayıb. Yanğın zamanı binanın 4 nəfər sakini, o cümlədən 3 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Həmin gün paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarından keçən elektrik kabelinin 18 p.m yanması nəticəsində isə 1 nəfər bina sakini M.Nağıyev adına xəstəxananın Toksikologiya şöbəsinə aparılıb. Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31