Bakıda klinika yandı
6 İyul 2012 17:25 KriminalBakıda klinikada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən klinikada ümumi sahəsi 100 kvadratmetr olan laboratoriyanın bir otağında 8 kvadratmetr sahədə asma tavan və 2 kvadratmetr sahədə rəf yanıb, otaqda olan kondisioner yüksək temperaturdan əriyib. Laboratoriyanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31