Şirvanda fəhlə avtobusunun aşması zamanı yaralananlardan biri öldü

Otən həftə baş verən zamanı yaralanan 12 fəhlədən biri bu gecə dünyasını dəyişib

Ötən həftə Şirvan ərazisində fəhlələrin avtobusunun qəzaya uğraması nəticəsində yaralananlardan biri dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, "Qarasu" Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan avtobusu Mişovdağda 200 metr hündürlükdən yuvarlanamışdı. Qəza zamanı ağır yaralanan 61 yaşlı Rafiq Bahadur oğlu Məcidov bu gecə saat 02:00 radələrində Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində keçinib.

Qəza nəticəsində 12 fəhlə yaralanıb. Qəzada yaralananlar aşağıdakılardır.
Şirvan şəhər sakinləri
50 yaşlı Quliyev İslam Nuruş oğlu,
55 yaşlı Hətəmov Rasim Müslüm oğlu,
28 yaşlı Səlimov Asim Rasim oğlu,
35 yaşlı Məcidov Ramil Rasim oğlu,
55 yaşlı Əliyev Ələddin Müslüm oğlu,
49 yaşlı Ələkbərov Elşad Vahid oğlu,
34 yaşlı Nağıyev Nail Mirələm oğlu,
33 yaşlı Mirzəyev İlqar Ağabəy oğlu,
55 yaşlı Hətəmov Rasim Müslüm oğlu,
63 yaşlı Şahmirzəyev Mustafa Mütəllim oğlu,
49 yaşlı Məmmədov Səmid Qulam oğlu,
35 yaşlı Qədirov Ramin İsaxan oğlu,
62 yaşlı Bağırov Səfadar Mürsəl oğlu;

Sabirabad rayon sakini
40 yaşlı Şahmarov Rəcəb Qəhrəman oğlu;

Neftçala rayon sakini
41 yaşlı Əsgərov Mahir Xəlil oğlu;

Hacıqabul rayon sakini
53 yaşlı Rəhimov Canəli Bünyat oğlu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31