İki məktəbli itkin düşdü
7 Oktyabr 2013 11:24 KriminalBakıda iki məktəbli itkin düşüb.Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, 2002-ci il təvəllüdlü Murad Babayevin itkin düşməsi barədə babası Bahadur Babayev polisə məlumat verib.Daha bir itkin düşmə faktı Suraxanı rayonunda qeydə alınıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, 2000-ci il təvəllüdlü Səkinə Sabir qızı Əbdürrəhmanovanın itkin düşməsi barədə anası polisə xəbər verib.Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31