Bakıda güclü yanğın başlayıb: insanlar yanan binanın içində qalıblar
6 Oktyabr 2013 20:31 KriminalBakının Nizami rayonu ərazisində güclü yanğın başlayıb.Milli.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən, lal-karlar üçün nəzərdə tutulmuş və əsasən qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları 9-mərtəbəli bina yanır. Bloklarda güclü yanğın var. Sakinlərin bir hissəsi təxliyyə olunsa da, içəridə qalanlar da çoxdur.Hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.Hadisə barədə əlavə məlumat veriləcək. İzləyin...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31