DİN “Qarasu” neft şirkətinin işçilərinin qəzası barədə məlumat yaydı
4 Oktyabr 2013 16:57 KriminalDaxili İşlər Nazirliyi Hacıqabulda neft şirkəti əməkdaşlarının qəzaya uğraması barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 3-də saat 19.00 radələrində Hacıqabul rayonu "Muşovdağ" adlandırılan ərazidə baş verib. Şirvan şəhər sakini Səmid Məmmədov idarə etdiyi "Qarasu" Əməliyyat Şirkətinə məxsus "KAVZ-685" markalı avtobusu aşırıb. Nəticədə xəsarət almış sürücü və 17 sərnişini xəstəxanaya yerləşdirilib. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31