Məcburi köçkün şəhərçiyində partlayış, 7 nəfər ağır yaralandı

Oktyabrın 3-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsində partlayış baş verib. Bu barədə Daxili İçlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, qəsəbədə yaşayan məcburi köçkün Elmira Quliyevanın yardımçı təsərrüfatında qaz balonunun sızmasından ani partlayış baş verib. Nəticədə 7 qəsəbə sakini yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31