Bakıda şirkətdə ölüm, fəhləni tok vurdu
4 Oktyabr 2013 16:56 KriminalBakıda şirkətdə ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 3-də Nizami rayonu Keşlə qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə fəaliyyət göstərən "Təkraristehsal" QSC-nin ərazisində, orada fəhlə işləyən Sumqayıt şəhər sakini Hümmət Məhərrəmov elekrtik cərəyanının vurması nəticəsində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31