Bakıda qadın alverilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda qadınları fahişəliyə cəlb edən daha bir mütəşəkkil dəstə ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyi n saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ədalət Bayramov və Göyçay rayon sakini Şəbnəm İsmayılova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31