Azərbaycanda 2 yaşlı qızı küçəyə atıblar

Oktyabrın 3-də Gəncə şəhərində küçədən 2 yaşlı qız tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, D.Qorqud küçəsində təqribən 2 yaşlı qız uşağı tapılaraq 1 nömrəli Körpələr Evinə təhvil verilib.
Araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31