Sumqayıtda külli miqdarda pul oğurlamış qadın tutulub

Sumqayıtda mənzildən külli miqdarda pul oğurlayan qadın tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Günay Ağayeva saxlanılıb.  Qadın oktyabrın 2-də Şəhrəbani Qarayevanın evindən 29.000 dollar, 800 manat pul və qızıl əşyalarını oğurlamaqda təqsirli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31