Lənkəranda ağır qəza: 2 ölü
4 Oktyabr 2013 16:48 KriminalOktyabrın 3-də Lənkəran rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 19.00 radələrində Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində Liman şəhər sakini Mirsütun Əzizovun idarə etdiyi "VAZ-21145" markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişini, Liman şəhər sakini Ramazan Babayev hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31