Naxçıvanda qanlı hadisə: ölən var
4 Oktyabr 2013 16:47 KriminalOktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İbadulla kəndinin ərazisində Şəhriyar kənd sakini Elmixan Əliyev sərxoş halda münaqişə zəminində bıçaqla kənd sakini, qohumu Elmar Cəfərovu qətlə yetirib.
Şərur RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev tutulub. Münaqişənin səbəbi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31