Şəmkirdə yol qəzası: 2 ölü
4 Oktyabr 2013 15:52 KriminalBu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, "Mercedes" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən hadisə barədə daha sonra məlumat veriləcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31