Bakıda avtomobil oğurlayan qadın Sumqayıtda qəza törətdi

Bakıda avtomobil oğurlayan qadın yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 5-də saat 06.00 radələrində Binəqədi rayonu Cavadxan küçəsində baş verib. Gəncə şəhər sakini Ramidə Hüseynova Beyləqan rayon sakini Bəhruz Tağıyevə məxsus "Mercedes" markalı avtomaşını qaçırıb Sumqayıt şəhərinə sürüb. Avtomobildə idarəetməni itirən qadın onu Sumqayıt ərazisində yolun kənarındakı divara vurub. Qəza törədən qadın oğru sonradan avtomobili hadisə yerində qoyub qaçıb. Avtomaşın polis əməkdaşları tərəfindən Sumqayıt şəhərindəki müvəqqəti dayanacağa yerləşdirilib və R.Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31