Daşkəsəndə at cavan oğlanı sürüyüb öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 5-də Daşkəsən rayonunun Pirverdilər kəndi ərazisində baş verib. Kənd sakini Rövşən Bağırov at sürərkən yıxılıb. Atın yüyəni əlinə dolaşdığından o, yerlə sürünərək müxtəlif xəsarətlər alıb və ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31