Bakıda kişi hərbi komissarlıqda intihara cəhd etdi
42 yaşlı Alim Əhmədov damarlarını doğrayaraq özünü öldürməyə cəhd edib
4 Oktyabr 2013 12:15 KriminalÖtən gün Bakının Sabunçu rayonu ərazisində 42 yaşlı kişi damarlarını doğrayıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, özünə qəsd etmək istəyən şəxs Alim Əhmədov olub. Qan içində olan Alim Əhmədov dərhal 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xils etmək mümkün olub.ANS PRESS-in əldə etdiyi məlumata görə, Alim Əhmədov özünü hərbi Komissarlıqda doğrayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31