KQMİ bu il 232 müraciətdən 132 cinayət işi başlayıb

Bu ilin ötən dövrü ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanılıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. İdarə rəisi deyib ki, cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31