9 ayda 31 şəxs rüşvət alarkən yaxalanıb

2013-cü ilin 9 ayı ərzində 161 "qaynar xətti"nə 3915 müraciət daxil olub. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, idarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə cinayət işi başlanılıb, 1078 müraciət təmin edilib. Bu ilin 9 ayı ərzində idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31