Gəncədə Beton zavodunda ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 1-də Gəncə şəhər Beton Zavodunda, orada işləyən Mehman Rüstəmov qaynaqla çəni kəsərkən çən onun üstünə düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Rüstəmov orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31