Bakıda Qaz İdarəsindən oğurluq, 500 metr boru oğurlandı

Bakıda Qaz İdarəsininm ərazisindən oğurluq edən şəxs yaxalanıb. BU barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Zirə qəsəbəsinin ərazisindəki 8 saylı Qaz İstismar Sahəsinə məxsus istismardan çıxarılmış qaz borusunun 500 metr uzunluğunda hissəsini kəsərək oğurlamış Şərur rayon sakini Yaşar Ələkbərov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31