Mingəçevirdə bibisioğlunu öldürüb qaçan şəxs tutulub

Mingəçevirdə qohumunu öldqürüb qaçan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 1-də baş verib. Mingəçevir şəhəri ərazisində, şəhər sakini Ələkbər Rüstəmli münaqişə zəminində bıçaqla bibisinin oğlu Məhəmməd İsrafilovu qətlə yetirib. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Rüstəmli tutulub. Bu zaman o, polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31