Narkotacirin evindən 15 kilodan artıq marixuana tapıldı

Gəncədə narkotika alverçisi narkotika satarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirlioyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Cəfərov 40 qram marixuananı satarkən tutulub. N.Cəfərovun evinə baxış zamanı isə 15 kiloqram 25 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31