Karamelin içindən tiryək çıxdı
2 Oktyabr 2013 17:13 KriminalPenitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152, 67.1 maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nahid Nizami oğlu Kərimova dayısı oğlu vətəndaş Cəlal Yasin oğlu İsmixanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı üzərində "Frualya" sözü yazılmış 4 (dörd) ədəd karamel konfetlərinin içərisində gizlədilmiş, xalis çəkisi 7,1 qram olan narkotik maddə "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.