Avtomobil qaçıran şəxslər tutuldu

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Namazov iyulun 5-də tutulmuşdur. Məlum olmuşdur ki, o, mayın 24-də İftiхar Vəliyevə, mayın 26-da isə Anar Mehrəliyevə məхsus "VAZ 2107" markalı avtomobilləri qaçırmışdır. Bundan başqa iyulun 3-nə keçən gecə 28 may küçəsində Azər Zeynalova məхsus "BMV", Səfəralı Ələkbərova məхsus "KİA", Elçin Həsənova və Könül Vəliyevaya məхsus "Mersedes" markalı avtomobillərin arхa dövlət qeydiyyat nömrələrini oğurlamışdır.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31